Müqavilə şərtləri.
Rəhbərlik üzərinə götürdüyü vəzifələri yerinə yetirdiyi zaman, şəxsi istəyim ilə YUSİ AKADEMİ-ni tərk edərəmsə ödədiyim təhsil haqqını müəllim əməkhaqqı, dərsliklər ilə bağlı YUSİ AKADEMİ-nin xərclərini nəzərə alaraq (kommunal xərclər, icra haqqı, potensial tələbənin yerini tutduğum üçün təhsil haqqını geri almayacağam. İcazəsız şəkildə 2 (iki) gündən artıq dərsi buraxaramsa təhsil haqqı geri qaytarılmadan YUSİ AKADEMİ-dən xaric edilməsinə heç bir etirazım olmayacaq. Təhsil haqqını hər ödədiyim tarixdən gec ödəyərəm isə dərsə buraxılmayacağıma ehtirazım olmayacaq. O cümlədən müəllimlərin əvəz olunmasına görə (təhsilin artıqlıq üçün, ailə həyatı qurması və ya hamiləlik dövrü ilə, sağlamlığının pozulması və işdən azad olunması ilə bağlı) YUSİ AKADEMİ məsuliyyət daşımır.
Yuxarıda deyilənləri nəzərə alıb ödəniş geri qaytarılmayacaq, işə düzəlməyə YUSİ AKADEMİ məsuliyyət daşımır. Müqavilə imzalandığı (şərtlərlə raziyam) seçildiyi andan etibarən tələbə yuxarıda göstərilənlərə cavabdehlik daşıyır. Dərsə xüsusi olaraq sakitliyə, səliqəyə və müəllim telefonun səsini almaya və müəllimin dəyişilməsinə heç bir etirazım olmayacaq. Məbləğ tədris olunan proqramdan asılı olaraq 1 (bir) ay müddətində 8 və ya 12 dərs nəzərdə tutulur, test və imtahan yoxlamaları ödənişlidir və dərs müddətinə daxildir.
Qeyd: Sonda diplom və sertifikat əldə etmək üçün tələbə ödəniş etməlidir.
Qeydiyyat ödənişlidir, ödəniş 10 (on) AZN təşkil edir.
